Mingəçevir Dövlət Dram teatrında yeni tamaşa hazırlanır Mingəçevir Dövlət Dram teatrında yeni tamaşa hazırlanır

Mingəçevir teatrının səhnəsində "Ayı"

Mingəçevir Dövlət Dram teatrında yeni tamaşa hazırlanır

AzNews.az xəbər verir ki, A.P.Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan tamaşanın rejissoru Nicat Mirzəzadədir.

Quruluşçu rəssamı Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulov, rejissor assistenti Məlahət Ağayeva, rəqslərin quruluşu Eyvaz Əliyevdir. Tamaşada teatrın aktyorlarından Ella Yaqubova, Şıxı Yaqubov, Aydın Quliyev, Asim Məmmədov, Fəridə Məmmədova, Nargilə Abdullayeva iştirak edirlər.

Hal-hazırda məşqi gedən və üzərində çalışdığımız eyni adlı səhnə əsərinə çağdaş teatr proseslərinə uyğun olaraq “eksperimental metod” ilə səhnə həlli verilir. Tamaşanın süjet xəttini iki şəxs, kişi və qadın arasında arasında “pul borcu” konfilikti təşkil edir. Hansı ki, bu konfiliktə məruz qalan qadın borca görə günahkar deyil. Bu borc onun mərhum ərindən qalıb. Borcunun ardınca gələn kişi (Smirnov) və borcu vermək istəməyən qadın (Popova) arasında kəskin və komik mübarizə başlayır. Və hadisələr davam etdikcə süjetin mahiyyəti dəyişərək duyğusal məcraya keçir.

AzNews.az