- Mədəni adam
- 23 Fevral 2019 10:25
- 4 576
“Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı film çəkilib - Türkiyədə
Ekran əsəri şahidlərin müsahibələri əsasında hazırlanıb.
Türkiyənin “Haber Global” agentliyi tərəfindən “Bir insanlıq utancı - Xocalı soyqırımı” adlı bədii film çəkilib. Xocalı qətliamını özündə əks etdirən ekran əsəri o dəhşətli gecənin şahidləri ilə müsahibələr əsasında hazırlanıb.
Filmdə XX əsrin ən dəhşətli faciələrindən biri olan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən Azərbaycanın qədim şəhərlərindən biri olan Xocalıda baş vermiş soyqırımı aktına aid faktlar yer alır.
Bədii filmin fevralın 26-da saat 12.30 və 20.30-da agentliyin səhifəsində nümayiş etdirilməsi planlaşdırılır. (AZƏRTAC)