Xalq artisti onu şoka salan həkimi bağışladı: “Hələ özümə gəlməmişəm...”

"Dedilər şikayət edin, həkimi cəzalandırsınlar"

Xalq artisti Naibə Allaverdiyeva, onu vurduğu iynə ilə şoka salan həkimdən şikayətçi olmayıb.

Bunu AzNews.az-a açıqlamasında aktyorun özü deyib. Onun sözlərinə görə, həmin xəstəxananın rəhbərliyi ilə telefonla danışıb:

“Rəhbərlik mənə təklif elədi ki, gəlin, müayinə olunun. Amma mən getmədim. Çünki hələ özümə gələ bilməmişəm. Hələ də iynənin şokundan ayılmamışam. Bütün bədənim ağrayır. Dişlərimin hamısı şişib. Halsızam. Sonu necə olacaq, bilmirəm. Mənə dedilər ki, Səhiyyə Nazirliyinə şikayət edin, həkimi cəzalandırsınlar. Dedim onsuz da nazirliyə bu haqda məlumat çatıb. Əgər lazımdırsa, özləri cəzalandıracaqlar”.

Qeyd edək ki, bir neçə gün öncə xalq artisti Naibə Allahverdiyevanın səhhəti pisləşmişdi. Aktrisa vurdurduğu iynədən şoka düşdüyünü demişdi.

Bahar RÜSTƏMLI
AzNews.az