- Mədəni adam
- 1 Mart 2019 11:51
- 5 870
55 yaşım bir də olmayacaq - Faiq Balabəyli
Şairin "Yağışdan sonra" kitabı təqdim olunacaq
Şair Faiq Balabəylinin 55 illik yubileyi keçiriləcək.
AzNews.az xəbər verir ki, yubiley mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq. Martın 16-da nəzərdə tutulan gecədə eyni zamanda Faiq Balabəylinin “Yağışdan sonra” şeirlər kitabının da təqdimat mərasimi olacaq.
Bütün dostlarını gecəyə dəvət edən Faiq Balabəyli 55 yaşı ilə vidalaşdığını deyib: "55 yaşım bir də olmayacaq".
Bahar RÜSTƏMLİ
AzNews.az