- Mədəni adam
- 5 Mart 2019 14:28
- 4 704
Bu görüşlə mədəniyyət sistemində yeni mühit yarandı - Nazir
Əbülfəs Qarayev mətbuat konfransı keçirib.
"Prezident İlham Əliyevin və 1-ci vitse prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət nümayəndələri ilə görüşü bu sahədə yeni mühit formalaşdırdı".
AzNews.az xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Prezidentin mədəniyyət və incəsənət xadimləri ilə görüşündə qaldırılan məsələlərə həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu səmimi və yüksək ab-havası ilə baş tutan görüş mədəniyyət və incəsənət sahəsində tamamilə yeni bir mərhələnin başlamasına start verdi:
"Bu görüşə və mədəniyyət xadimlərinə göstərdiyi xüsusi diqqətə görə cənab prezidentə və Mehriban Əliyevaya təşəkkür edirəm".
Elgün
AzNews.az