ABŞ-lı aktyor vəfat etdi

Jed Allen Santa Barbara serialında da oynayıb.

ABŞ-ın serial aktyoru Jed Allan 84 yaşında dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, “Beverly Hills 90210” serialında canlandırdığı Stiv Sandersın atası rolu ilə tanınan aktyor Jed Allen martın 10-da ölüb.

Məşhur aktyor Santa Barbara serialında C.C. Kepvel rolunda da oynayıb.

Pərvanə Ağazadə

AzNews.az