Bu məbləğ bir çox layihələrin keçirilməsinə sərf olunacaq. Bu məbləğ bir çox layihələrin keçirilməsinə sərf olunacaq.

Yazıçılar Birliyinə ayrılan 800 min manat... - Xəyal Rza

Bu məbləğ bir çox layihələrin keçirilməsinə sərf olunacaq.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev imzaladığı sərəncamla Azərbaycan Yazıçılar Birliyinə (AYB) 800 min manat ayırıb.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza AzNews.az-a mövzu ilə bağlı açıqlama verib:

Onun sözlərinə görə, Yazıçılar Birliyi dövlətin dəstəyi ilə fəaliyyət göstərən bir təşkilatdır:

"Cənab prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşündən sonra belə qərara gəlindi ki, Yazıçılar Birliyi və digər yaradıcı qurumların maaliyyə yardımına ehtiyacları var. Ayrılacaq maliyyə də sırf fəaliyyətin daha da inkişaf etdirilməsi üçündür. Bu məbləğ bir çox layihələrin keçirilməsinə sərf olunacaq. Yazıçıların yubileylərinin keçirilməsi, maddi dəstəyə ehtiyacı olan yazıçılara yardım edilməsi, müxtəlif ədəbi layihələrin baş tutması, kitabların nəşrləri, tərcümə işləri və s. kimi məsələlər həllini tapacaq”.

Xəyal Rza onu da qeyd edib ki, vəsaitin konkret olaraq hansı sahələrə ayrılması ilə bağlı hələ qəti qərar verilməyib.

Səidə Vahid

AzNews.az