Amma mən müğənniyəm, tədbirlərdən qala bilmərəm. Amma mən müğənniyəm, tədbirlərdən qala bilmərəm.

Ailəlikcə bayram keçirməyəcəyik - Cəvahir Abdulova

Amma mən müğənniyəm, tədbirlərdən qala bilmərəm.

“Mən Novruz bayramını qeyd etməyəcəyəm”.

Bunu AzNews.az-a müğənni Cəvahir Abdulova deyib. Müğənni bunun səbəbini qardaşının rəhmətə getməsi ilə əlaqələndirib:

“Ona görə də ailəlikcə bayram keçirməyəcəyik. Amma mən müğənniyəm, tədbirlərdən qala bilmərəm. Novruz bayramı ilə əlaqədar Mədəniyyət Nazirliyinin keçirdiyi bir sıra tədbirlərə dəvət almışam. Moskvada, Dağıstanda səfərdə olacam. Nazirlik orada yaşayan soydaşlarımız ilə bağlı böyük bir Novruz şənliyinin keçirilməsini planlaşdırıb. Mənim də həmin tədbirlərdə çıxışlarım olacaq. İnanıram ki, ifalarım oradakı soydaşlarımızın ürəyindən xəbər verəcək. Orada yolumu, ifamı gözləyənlər çoxdur”.

Sənətçi qarşıdakı aylarda yaradıcılıq planlarını da açıqlayıb:

“Yeni mahnılar üzərində işləyirəm. Tanınmış bəstəkarlarla iş birliyim var. Xalq artisti Faiq Süçəddinov, Eldar Mansurov, Sevda Məmmədlinin mahnılarını ifa etmişəm. Bundan başqa klassiklərimizin mahnılarını aranjiman etdirib repertuarıma salmışam. İki mahnı üzərində isə işlər tamamlanıb. Həmin mahnını Gənc Tamaşaçılar Teatrında keçirilən konsertdə ifa etdim, çox da bəyənildi. Planda eyni zamanda klip çəkdirmək də var”.

Cəvahir Abdulova xeyriyyə işlərində də iştirak etdiyini deyib:

“Müğənniyəm, eyni zamanda xeyriyyə işlərim də var. Heç vaxt bu barədə danışmıram. Amma imkanım daxilində kimsəsiz uşaqlara və qocalara əl tuturam”.

Bahar RÜSTƏMLİ

AzNews.az

image description image description