"Əlləriniz necə də soyuqdur" dedim. Tərəddüdsüz cavab verdi: "İsidin" "Əlləriniz necə də soyuqdur" dedim. Tərəddüdsüz cavab verdi: "İsidin"

Türk yazıçının ölümündən 71 il ötür

"Əlləriniz necə də soyuqdur" dedim. Tərəddüdsüz cavab verdi: "İsidin"

Bugün məşhur türk yazıçı Səbahəttin Əlinin ölümündən 71 il ötür.

AzNews.az yazıçının əsərlərindən ən yadda qalan fikirləri təqdim edir:

- Səni sevirəm. Dəli kimi yox, normal ağlı başında olaraq sevirəm.

- Təsadüf səni qarşıma çıxarmasaydı, yenə eyni şəkildə fəqət hər şeydən xəbərsiz yaşayıb gedəcəkdim. Sən mənə bu dünyada başqa bir dünyanın da var olduğunu, mənim də bir ruhum olduğunu öyrətdin.

- Bir kitabı oxuyarkən keçən 2 saatın ömrümün bir çox illərindən daha dolu, daha əhəmiyyətli olduğunun fərqinə varınca insan həyatının ürkütücü heçliyini düşünüb ümidsizlik içində qalırdım.

- İnsan dünyaya sadəcə yemək-içmək, qoynuna birini alıb yatmaq üçün gəlməyib. Daha böyük və insani bir səbəb var.

- Varlığı böyük boşluqları dolduracaq mahiyyətdə deyildi, fəqət yoxluğu müdhiş idi...

- Bu yaşıma qədər mövcudluğundan belə xəbərim olmayan insanın vücudu mənim üçün birdən-birə nə cür bir ehtiyac halına gələ bilərdi? Lakin həmişə belə deyilmi? Bir çox şeylərə ehtiyacımız olduğunu yalnız o şeyləri görüb tanıdıqdan sonra anlamırıqmı?

- "Əlləriniz necə də soyuqdur" dedim. Tərəddüdsüz cavab verdi: "İsidin".

- "O gəlməz artıq" dedi. "Nə bilirsən?" dedim? "Gedişindən bəlliydi" dedi.

- İnsanlar məndən inanmaq qabiliyyətini alıblar...

- Dünyada mənə heç bir şey bir insanın məcbur gülməyə çalışması qədər kədərli görünməyib.

Cavidan Mirzəzadə

AzNews.az