"Rövşən Rzayev özü şəxsən mənimlə görüşdü" "Rövşən Rzayev özü şəxsən mənimlə görüşdü"

Ərizəmin üstünə dərhal "evlə təmin olunsun" yazdı - Çinarə Ömray

"Rövşən Rzayev özü şəxsən mənimlə görüşdü"

Xəbər verildiyi kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən gənc yazar Çinarə Ömraya mənzil verilib.

O, AzNews.az-a açıqlamasında bu faktı təsdiq edib və ərizə ilə "Qaçqınkom"a müraciət etdiyini bildirib.

"Komitənin sədri Rövşən Rzayev özü şəxsən mənimlə görüşdü. Yazıçı, prezident təqaüdçüsü olduğumu bildikdə məni tanıdığına şad olduğunu dedi və ərizəmin üstünə dərhal "evlə təmin olunsun" yazdı. Sonra Eldar Zeynalova yönəltdi, o da mənzillə təmin etdi. Qubadlı rayon İcra Hakimiyyətinə və bütün əziyyəti keçənlərə təşəkkür edirəm". Çinarə Ömray belə deyib.

Cavidan Mirzəzadə

AzNews.az