Kollektiv qastrol səfərində olub Kollektiv qastrol səfərində olub

Bakı Uşaq Teatrı “Günahsız Günahkarlar”ı axtardı - 6 rayonda

Kollektiv qastrol səfərində olub

Bakı Uşaq Teatrı səfərdən qayıdıb.

AzNews.az xəbər verir ki, teatr Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Qobustan, İsmayıllı, Şamaxı, Göyçay, Ağdaş, Qəbələ rayonlarında olub.

Kollektiv sözü gedən 6 rayonda “Günahsız Günahkarlar” tamaşası ilə çıxış edib.

Tamaşada qlobal problem olan insan alverinə qarşı maariflənmə mübarizə forması önə çəkilib.

Rolları Bakı Uşaq Teatrının aktyorları ifa ediblər. Əsərin müəllifi Arzu Soltan, tamaşanın quruluşçu rejissoru əməkdar artist İntiqam Soltan, rəssam Sevda Məmmədova, bəstəkar Mahir İbrahim, musiqi tərtibatı Rauf Hüseynli, rәqslәrin quruluşçusu Könül Şahbazovadır.

Bahar RÜSTƏMLİ

AzNews.az