"Qərara aldıq ki, bura onun yaxın dostlarını, yaradıcılığını daim izləyən sənət adamlarını dəvət edək" "Qərara aldıq ki, bura onun yaxın dostlarını, yaradıcılığını daim izləyən sənət adamlarını dəvət edək"

65 yaşlı mərhum rejissor Rövşən Almuradlının anım mərasimi keçirildi

"Qərara aldıq ki, bura onun yaxın dostlarını, yaradıcılığını daim izləyən sənət adamlarını dəvət edək"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində mərhum rejissor Rövşən Almuradlının 65 illik yubileyi ilə əlaqədar anım mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, rejissorun işığına Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “ULUS FİLM” prodüser mərkəzinin direktoru Gəray Əlibəyov, partiya sədrləri, elm və sənət adamları yığışmışdı.

Tədbiri giriş sözü ilə açan Xalq şairi Sabir Rüstəmxanlı gələn qonaqları salamladı və mərhumun həyat və yaradıcılığı haqqında məlumat verdi:

Image result for Xalq şairi Sabir Rüstəmxanlı

“Bu gün Rövşənin 65 illik yubileyi olacaqdı. O, özü də buna yüksək həvəslə hazırlaşırdı. Təəssüf ki, qəfil ölüm buna imkan vermədi, onu bizim aramızdan apardı. Ağlıma gəlməzdi ki, Rövşən belə qəfil gedəcək, nə qədər ağır olsa da bunu yaşadıq. Rövşən xəstə idi, amma bununla belə onda böyük işləmək həvəsi vardı, bütün tədbirlərə gəlirdi. Bu gün onun 65 yaşını qeyd edirik. Biz bu tədbirə çox qonaq dəvət edə bilərdik, amma etmədik. Qərara aldıq ki, bura onun yaxın dostlarını, yaradıcılığını daim izləyən sənət adamlarını dəvət edək. “Cavad xan” filiminin ideyası əslində Rövşən Almuradlıdan gəlib. O, mənə dedi ki, Sabir, gəl sənin povestini çəkək”. Bu mənim ağlıma gəldi və “Cavad xan”ın ssenarisini yazdım. Min zülmlə də olsa onu çəkdik. Rövşən işləməyə enerjisi olan rejissor idi”.

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Əli Nur Rövşən Almuradlının daha böyük işlər görə biləcəyini qeyd etdi:

Image result for əməkdar artist Əli Nur

“Rejissor yoxdursa, teatr da yoxdur. Rövşən talantlı reyissor idi, eyni zamanda onda cəsarətin müasirliyi vardı. O, milli rejissor idi. Əfsus ki, onu qoruya bilmədik. Rövşən yaşadığı illərdə çox iş gördü, amma bunun 10 qat artığını görə bilərdi”.

Sonda Rövşən Almuradlının həyat və yaradıcılığını əks etdirən sənədli film nümayiş olundu.

Bahar RÜSTƏMLİ

AzNews.az