SSRİ xalq artisti, teatr və kino aktrisası Elina Bıstritskaya 92 yaşında vəfat edib. SSRİ xalq artisti, teatr və kino aktrisası Elina Bıstritskaya 92 yaşında vəfat edib.

Tanınmış SSRİ aktrisası vəfat etdi

SSRİ xalq artisti, teatr və kino aktrisası Elina Bıstritskaya 92 yaşında vəfat edib.

Bu barədə TASS Bıstritskayanın 1958-ci ildən bəri çalışdığı “Malıy” teatrının mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Elina Avraamovna dünyasını dəyişib”, - deyə agentliyə açıqlama verən rəsmi bildirib.

Qeyd edək ki, aktrisa uzun sürən xəstəlikdən əziyyət çəkib.

Bıstritskaya “Sakit Don”, “Muxtarın qayıdışı” və digər filmlərdə canlandırdığı obrazlarla yaddaşlarda qalıb.(oxu.az)

AzNews.az