Niderland təmsilçisi müsabiqədən qovula bilər - VİDEO

Yarışmada yalnız “Eurovision” üçün yazılan mahnılar səsləndirilməlidir

Bu il Niderlandı “Eurovision”da təmsil edəcək Duncan Laurence müsabiqədən kənarlaşdırıla bilər.

Buna səbəb sənətçinin beynəlxalq layihənin qaydalarını pozmasıdır.

Belə ki, ifaçının 2017-ci ildə yarışma mahnısı olan “Arcade”yi ifa edən görüntüləri yayılıb. Bununla da o, Avropa Yayım Birliyinin (EBU) müsabiqədə özəl mahnı təqdim etmə qaydasını pozmuş olub.

Bu məqamda qeyd edək ki, yarışmada yalnız “Eurovision” üçün yazılan mahnılar səsləndirilməlidir.

Xatırladaq ki, Duncan Laurence bukmeyker proqnozlarına görə, bu il qalib olacaq sənətçidir. O, siyahıda birincidir.(qafqazinfo.az)

AzNews.az