Dövlət Musiqili Teatrı və Dövlət Rus Dram Teatrına “akademik” statusu verildi

Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb

Nazirlər Kabineti Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilməsi haqqında qərarı təsdiq edib.

Bu barədə qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb.

"Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilsin.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə bildirilir.

AzNews.az