Rejissorun xatirəsinə həsr olunan açıq qapı günü keçiriləcək Rejissorun xatirəsinə həsr olunan açıq qapı günü keçiriləcək

Rövşən Almuradlının son tamaşası təqdim olunacaq

Rejissorun xatirəsinə həsr olunan açıq qapı günü keçiriləcək

Aprel ayında dayanacaqda qəfil dünyasını dəyişən mərhum rejissor Rövşən Almuradlının xatirəsinə həsr olunan açıq qapı günü keçiriləcək.

Bu barədə AzNews.az-a mərhumun oğlu Kamal Almuradlı məlumat verib.

O qeyd edib ki, fransız yazıçısı Marsel Berkye-Marinyenin “Oğru” adlı əsəri əsasında hazırlanan tamaşa mayın 18-də Sumqayıt Dövlət Dram Teatrında təqdim olunacaq.

Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Bahar RÜSTƏMLİ

AzNews.az