Yazıçı Anar Prezidentə məktub yazdı

"Yazıçılar Birliyinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirirəm"

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev Prezident İlham Əliyevə təşəkkür məktubu yazıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan yazıçılarının böyük bir dəstəsini fəxri adlarla təltif etməyinizi ədəbi ictimaiyyət böyük rəğbət və məmnunluq hissi ilə qarşıladı. Bu yaxınlarda yazıçılara bina tikmək üçün sahənin ayrılması, Şüvəlandakı Yaradıcılıq Evinin təmiri, Şabranda sənət şəhərciyinin salınması barədə tapşırıqlarınız, Yazıçılar Birliyinə böyük məbləğdə maliyyə vəsaiti ayırmağınız, klassik və çağdaş yazıçılarımızın yubileylərinin keçirilməsi haqqında sərəncamlarınız, bu ili ölkəmizdə “Nəsimi ili” elan etməyiniz söz sənətimizə daimi diqqətinizin və qayğınızın göstəriciləridir.

Azərbaycan Yazıçılar Birliyinin kollektivi adından Sizə dərin minnətdarlığımı bildirir, Vətənimizin firavanlığı və tərəqqisi istiqamətində səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.(modern.az)

AzNews.az