Bakı Uşaq Teatrı festivala qatıldı - Lənkəranda

Festivalda "Göyçək Fatma" tamaşası ilə çıxış ediblər

I Lənkəran Beynəlxalq Teatr festivalı öz işinə başlayıb.

Teatrdan AzNews.az-a verilən məlumata görə, festival Mədəniyyət Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Festivala ölkəmizin 10 sənət ocağı – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və Ol Teatrı qatılıb.

Festivalda həmçinin Böyük Britaniyanın “Two Destination” Teatrı, Gürcüstanın Azadlıq Teatrı, İranın “Muğan Hünər” və “Mika” Teatrları, habelə “Ünvan” Ərdəbil şəhər teatrının kollektivləri iştirak edir.

Bakı Uşaq Teatrı da bu festivalda "Göyçək Fatma" tamaşası ilə çıxış edib.Tamaşanın rejissoru İntiqam Soltandır. Tamaşada teatrın aktyorları rol alıb.

Bahar Rüstəmli

AzNews.az