Ağ kəpənək oğlumun ruhudu Ağ kəpənək oğlumun ruhudu

“Başıma dolanır və gedəndə məni yola salır” - Xanım İsmayılqızı oğlunun ruhunu görüb

Ağ kəpənək oğlumun ruhudu

Bəstəkar, şairə Xanım İsmayılqızı mərhum oğlu Fəridin ruhu ilə qarşılaşdığını deyib.

AzNews.az xəbər verir ki, bu barədə şairə sosial şəbəkədə məlumat verib. O, qeyd edib ki, uzun illərdir ki, qəbristanlığa gedərkən mərhum oğlu Fəridin ruhu boynuna dolaşır:

“Hər dəfə qəbr üstünə gedəndə bir ağ kəpənək uçub gəlir, başıma dolanır və gedəndə məni yola salır... Neçə illərdi ki, fəsillərdən asılı olmayaraq, belədi... Bu gün də elə oldu...Adam inanmaq istədiyinə inanır... Ruhların var olduğuna inanırdım, indi lap çox inanıram. İnanıram ki, bu ağ kəpənək oğlumun ruhudu və mən onunla danışdığım müddətcə məni tərk etmir, uçub getmir. Sanki mənə göstərmək istəyir ki, səni görürəm, eşidirəm, duyuram. İnsanın içində qəribə hisslər yaranır ki, sözə gəlməz... O anlarda çox şey deyirəm... Və deyirəm ki, mən də səni görürəm, mənim balam, mənim ruhum, mənim ağ kəpənəyim...”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızının oğlu Fərid 2014-cü ildə qəflətən dünyasını dəyişib. Mərhumun ürək tutmasından vəfat etdiyi bildirilir.

Bahar RÜSTƏMLİ

AzNews.az