Bu sərəncamdan sonra maaşlarımız kollecdə də artacaq Bu sərəncamdan sonra maaşlarımız kollecdə də artacaq

Əməkdar müəllim Prezidentə təşəkkür etdi - “Hər kəsə təsiri olacaq”

Bu sərəncamdan sonra maaşlarımız kollecdə də artacaq

“Bu sərəncam müəllimlərin dolanışıq səviyyəsini bir az da artıracaq”.

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, Əməkdar müəllim Qəzənfər Abbasov prezident İlham Əliyevin müəllimlərin maaşlarının artırılması ilə bağlı sərəncama münasibət bildirərkən deyib.

Xanəndə bu sərəncamın bütün təhsilə təsiri olacağını vurğulayıb:

“Allah prezidentə can saglıgı versin. Maaşlar yüksəkdir, 450 manat alıram. Hələ artıq da qalır. Bu sərəncamdan sonra maaşlarımız kollecdə də artacaq. Çox razıyam, prezidentə təşəkkür edirik”.

Bahar RÜSTƏMLİ

AzNews.az