Mədəmdə yaralar yaranıb Mədəmdə yaralar yaranıb

Son günlərimi yaşayırdım - Yalçın Rzazadə

Mədəmdə yaralar yaranıb

“Demək olardı ki, son günlərimi yaşayırdım”.

Bunu AzNews.az-a açıqlamasında Türkiyənin İstanbul şəhərində əməliyyat olunan xalq artisti Yalçın Rzazadə deyib.

Ağır əməliyyat keçirən sənətçi özünü yaxşı hiss etmədiyini bildirib:

“Problem mədəmdə olub. Uzun zamandır ki, yaralar yaranıbmış. Əməliyyat olundum. Bilirsiniz ki, qanımda zəhərlənmə gedirdi. İştahım da yox idi. İnanıram ki, zamanla problemlər aradan qalxacaq”.

Qeyd edək ki, xalq artisti Yalçın Rzazadənin qəfil səhhəti ağırlaşıb. Qanında zəhərlənmə gedən sənətkar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi tapşırığı ilə Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az