Mənim baxışımdan utancverici bir duruma gəldi Mənim baxışımdan utancverici bir duruma gəldi

"Fi" serialının dayandırılma səbəbi açıqlandı

Mənim baxışımdan utancverici bir duruma gəldi

Türkiyənin məşhur “Fi-Çi-Pi” serialının ssenari müəllifi Azra Kohenin “Fi” serialından keçirdiyi narahatlıq bir daha gündəmə gəlib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Kohen serialın ikinci sezonu üçün "İzlərkən məhv oldum” deyib.

Azra Kohenin yazdığı “Fi”, “Çi” və “Pi” adlı romanlarından çəkilən “Fi” serial Puhu TV-də 2017-ci ilin mart ayından yayımlanmağa başlayıb.

Baş rollarda Ozan Güven, Mehmet Günsür, Berrak Tüzünataç, Serenay Sarıkaya və Büşra Develinin oynadığı serial böyük marağa səbəb olumuşdu.

Dörd sezon olması planlaşdırılan “Fi” Azra Kohenin istəməməsinə görə 2018-ci ilin martında finala çıxıb. Bu da serial izləyicilərini məyus edib.

Azra Kohen 1.5 il sonra “Şalom” qəzetinə verdiyi müsahibəsində belə deyib :

''Serial ikinci sezondan etibarən kitabla heç bir bənzərlik olmayan hala gətirilmişdi. Mənim baxışımdan utancverici bir duruma gəldi. İzlərkən məhv olurdum. Son bölümlərini heç izləmədim. Xətti bu qədər keçəcəklərini düşünməmişdim. Yaratdığım obrazlara sahib çıxmaq və özümü qorumaq məcburiyyətində idim, mən də dayandırdım”.

Qeyd edək ki, Azra Kohen ilə rejissor arasında məhkəmə davam edir.

Səidə Vahid

AzNews.az