Həm də bu hadisə mənimlə dəniz arasında bir qorxu yaratdı Həm də bu hadisə mənimlə dəniz arasında bir qorxu yaratdı

Narahat olmasınlar, salamatam - Anar dənizdə boğulmasından danışdı

Həm də bu hadisə mənimlə dəniz arasında bir qorxu yaratdı

“Hadisənin şoku indi canımdan çıxıb”.

Bunu AzNews.az-a açıqlamasında xalq yazıçısı Anar Egey dənizində boğulmasından danışarkən deyib. O, hazırda Bakıda olduğunu bildirib:

“Özümü yaxşı hiss edirəm, amma nə qədər çalışssam da həmin anların şokunu unuda bilmirəm. Bu da bir gün idi, yaşadım. Yəqin ki, bu hadisə yaddaşımdan silinməyəcək. Həm də bu hadisə mənimlə dəniz arasında bir qorxu yaratdı. Narahat olmasınlar, çox yaxşıyam, salamatam”.

Qeyd edək ki, Türkiyəyə istirahətə gedən xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar həyatının şokunu yaşayıb. Yazıçı Egey dənizində çimərkən boğulmaq təhlükəsi ilə üzləşib.

Bahar RÜSTƏMLİ

AzNews.az