Kitabın elmi məsləhətçisi Xalq şairi Sabir Rüstəmxanlıdır Kitabın elmi məsləhətçisi Xalq şairi Sabir Rüstəmxanlıdır

"Müstəqillik yollarında” kitabı çap olundu - FOTO

Kitabın elmi məsləhətçisi Xalq şairi Sabir Rüstəmxanlıdır

Ələkbər Zahidovun “Müstəqillik yollarında” kitabı işıq üzü görüb.

AzNews.az xəbər verir ki, kitab Azərbaycan xalqının milli azadlıq hərəkatına həsr olunub.

1988-ci illər azadlıq hərəkatı vaxtı Neftçala rayonunun timsalında, bütövlükdə ölkədə gedən proseslər, neftçalalıların bu yolda apardığı mübarizə, daha sonra isə Neftçala şəhidlərinə həsr edilmiş məqalələr də kitabda yer alıb.

Kitabın elmi məsləhətçisi Xalq şairi Sabir Rüstəmxanlı, baş məsləhətçi isə Yunus Oğuzdur.

“Müstəqillik yollarında” kitabı Ə.Zahidovun “Ömür şərəflə yaşananda” xatirə povestindən sonra oxucularla ikinci görüşüdür.

AzNews.az

image description