Bu gün "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur Bu gün "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur

Rəhbər deyil, iş yoldaşıyam - Elbrus Ərud

Bu gün "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur

AzNews.az bu əlamətdar günlə bağlı “Qafqazinfo” Xəbər Portalının rəhbəri Elbrus Əruddan qısa müsahibə alıb.

- Elbrus bəy, media sahəsində nüfuzlu saytlardan birinə rəhbərlik edirsiniz. Maraqlıdır ki, saytın nüfuz və reytinqini qoruyub saxlamaq nə dərəcədə çətindir?

- Ümumiyyətlə, hər bir sahədə nüfuz saxlamaq çox çətindir. Gündəm mütəmadi olaraq dəyişir, hər gün yeni situasiya yaranır. Bu isə gördüyün işə yeni yanaşma tələb edir. İstər-istəməz sən o situasiyaya uyğun davranmalı və hərəkət etməlisən. Dünyada və ölkə mediasında gedən prosesləri daim izləməlisən. Əlbəttə, nüfuz saxlamaq asan deyil. Bir nəfərin nüfuzunu saxlamaq çətindir, qaldı ki, medianın.

- Gələcək hədəfləriniz nələrdir? Saytın televiziya versiyasını yaratmağı düşünürsünüzmü?

- Hazırda televiziyalar xəbər portalına çevrilib. Xəbər portalı niyə televiziyaya çevrilməlidir?! Dünya və Azərbaycanda da xəbər portalı televiziyadan daha üstündür. Ona görə elə bir hədəfimiz yoxdur.

- Necə rəhbərsiniz?

- Mənimlə işləyənlər və ümumiyyətlə bütün media sektoru bilir ki, necə rəhbərəm. Azərbaycanda da hamı bilir ki, mən rəhbər deyil, iş yoldaşıyam, sıravi jurnalistəm. Heç vaxt öz otağımda oturmuram. Daim jurnalistlərlə bir yerdəyəm. Bunu işçilərimdən də soruşa bilərsiniz. Mən onları sevirəm, onlar da məni sevir. Hisslərimiz qarşılıqlıdır. Bu gün mənim 22 işçim var və onların əksəriyyəti məni əvəz edə bilər. Komandamı o şəkildə yığmışam.

AzNews.az-ın kollektivi “Qafqazinfo.az” xəbər portalını 9-cu ildönümü ilə bağlı təbrik edir və işlərində uğurlar diləyir.

Rəqsanə

AzNews.az