Məşhur aktyor vəfat etdi

Piter Fonda "Easy Rider" filmi ilə şöhrət qazanıb

Məşhur amerikalı aktyor Piter Fonda 79 yaşında həyatını itirib.

CNN-ə istinadən xəbər verilir ki, əfsanəvi aktyor Los Ancelesdə yerləşən evində ağciyər xərçəngi səbəbilə vəfat edib.

Qeyd edək ki, Piter Fonda "Easy Rider" filmi ilə şöhrət qazanıb. O, bu filmdə Cek Nikolson və Denis Hoperlə baş rolu ifa edib.