Sənətkar oğlu Kazımın müalicəsi üçün nazirdən kömək istəyib Sənətkar oğlu Kazımın müalicəsi üçün nazirdən kömək istəyib

Xalq artisti Səhiyyə Nazirliyinə müraciət edib

Sənətkar oğlu Kazımın müalicəsi üçün nazirdən kömək istəyib

Ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyeva Səhiyyə Nazirliyinə müraciət edib.

Bu barədə AzNews.az-a sənətkarın yaxınları məlumat verib.

Onların bildirdiyinə görə, sənətkar oğlu Kazımın müalicəsi üçün Səhiyyə Nazirliyindən dəstək istəyib:

“Könül xanımın səhhəti çox yaxşıdır. Hazırda Şəkidədir. Bilirsiniz ki, Könül xanımın oğlu Kazımın da səhhətində problem var. Hazırda Könül xanım Kazımın səhhəti ilə maraqlanır və onu müalicə etdirmək istəyir. Bunun üçün Könül Xasıyeva Səhiyyə Nazirliyinə müraciət edib”.

Qeyd edək ki, mətbuatda Könül Xasıyevanın yenidən əməliyyat olunacağı haqda məlumat yayılıb. Həmin məlumatda onun sentyabrda öd kisəsi və qadın xəstəliyindən əməliyyat olunacağı bildirilir.

Könül Xasıyeva isə məlumatı təkzib edib.

Bahar RÜSTƏMLİ

AzNews.az