Bir azdan onu evinə aparacağıq Bir azdan onu evinə aparacağıq

Aktyorun səhhəti ilə bağlı həkimlərin qərarı - "Son saatlarıdır, aparın evinə"

Bir azdan onu evinə aparacağıq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhəti kritikdir.

Bu barədə AzNews.az-a xəstənin yaxınları məlumat verib. Onların bildirdiyinə görə, yaxın iki saat ərzində aktyor Mərkəzi Klinik Xəstəxanadan evə buraxılacaq:

“Həkimlər Məhərrəm Qurbanovun evə aparılmasını məsləhət görüb. Dedilər son saatlarıdır, aparın evinə. Bir azdan onu evinə aparacağıq. Çox pis cavab oldu bu. Belə olmamalıydı”.

Qeyd edək ki, aktyor Məhərrəm Qurbanov iki gün öncə beyin insultu keçirib.

Bahar RÜSTƏMLİ

AzNews.az