"Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim" "Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim"

Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adı sabah veriləcək

"Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim"

Tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.

Bunu M.Yaqubun özü deyib.

O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib: "Rayonda olduğuma görə bu gün keçirilən təqdimata çatdıra bilmədim".

Qeyd edək ki, Prezident İlham Əliyevin 16 may 2019-cu il tarixli sərəncamı ilə Xalq artisti, tanınmış rəqqasə Roza Cəlilova “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısının 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə şairlər Vahid Əziz, Ramiz Rövşən və Musa Yaqub “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsud “Xalq yazıçısı” fəxri adlarına layiq görülüb.

Sentyabrın 4-də isə ölkə başçısının müvafiq sərəncamları ilə təltif edilən Ramiz Rövşənə “Xalq şairi”, yazıçı-dramaturqlar Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda isə “Xalq yazıçısı” fəxri adları, Roza Cəlilovaya “Şöhrət” ordeni təqdim olunub. (Report)