Rəssam sərgidə modern üslubunda olan əsərlərini nümayiş etdirəcək Rəssam sərgidə modern üslubunda olan əsərlərini nümayiş etdirəcək

Azərbaycanlı rəssamın əsərləri Berlində - FOTO

Rəssam sərgidə modern üslubunda olan əsərlərini nümayiş etdirəcək

Azərbaycan rəssamı Nurlana Hacıyeva beynəlxalq sərgidə iştirak edəcək.

AzNews.az xəbər verir ki, sözü gedən sərgi oktyabrda Berlində keçiriləcək. Rəssam bununla bağlı Almaniyaya modern üslubunda işlədiyi bir neçə əsərini göndərəcəyini bildirib.

Nurlana Hacıyeva qeyd edib ki, onun bir necə əsəri hazırda İstanbulda keçirilən «İhtişamlı buluşmalar» adlı sərgidə nümayiş olunur. Bundan əlavə, rəssam ötən ay həmçinin Türkiyənin Marmaris şəhərində keçirilən Emotion («Duyğular») adlı sərgidə iştirak edib.

Bahar RÜSTƏMLİ

AzNews.az