Xalq yazıçısı Çingiz Abdullayev faktı təsdiqləyib Xalq yazıçısı Çingiz Abdullayev faktı təsdiqləyib

Anar tanınmış yazıçıya AYB-də vəzifə verdi

Xalq yazıçısı Çingiz Abdullayev faktı təsdiqləyib

Azərbaycan Yazıçılar Birliyində (AYB) Ədəbiyyat Fonduna direktor təyin edilib.

Bu şəxs AYB-nin üzvü, yazıçı Əjdər Oldur.

Məsələ ilə bağlı birliyin təşkilati məsələlər üzrə katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə əlaqə saxladıq.

Katib dedi ki, Azərbaycan Yazıçılar Birliyində (AYB) sədr müavini ştatı ləğv olunur:

“Nazim İbrahimov, əslində, birliyə Ədəbiyyat Fondunun direktoru kimi gəlmişdi. Amma bu inzibati vəzifə, təsərüffatla bağlı olduğu və Nazim müəllimin həmişə yüksək vəzifələrdə işlədiyini nəzərə alaraq onu sədr müavini kimi qeyd edirdik.

Yeni təyin olunan şəxs isə yalnız Ədəbiyyat Fondunun direktoru kimi işləyəcək. Artıq yeni direktorun kim olması müəyyənləşib”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov sentyabrın 1-də vəfat edib. (Oxu.az)