Balaca tamaşaçılar "Cırtdan" və "Üç cəsur" tamaşalarına baxacaq Balaca tamaşaçılar "Cırtdan" və "Üç cəsur" tamaşalarına baxacaq

Kukla Teatrı yeni mövsümə iki tamaşa ilə başlayacaq

Balaca tamaşaçılar "Cırtdan" və "Üç cəsur" tamaşalarına baxacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sentyabrın 15-də yeni mövsümün açılışı günü iki səhnə əsəri ilə çıxış edəcək.

AzNews.az xəbər verir ki, əvvəlcə teatrın tamaşaçıları “Cırtdan”a Azərbaycan dilində baxacaq. Sənət ocağı həmin gün rusdilli tamaşaçılar üçün isə “Üç cəsur”u təqdim edəcək. Şair-dramaturq, uşaqların sevimli müəllifi Mirmehdi Seyidzadənin eyniadlı mənzum nağıl-pyesi əsasında hazırlanan “Cırtdan”nın (səhnələşdirəni Rəhman Əlizadə) quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Xalq artisti Oqtay Zülfüqarovdur.

Müxtəlif kukla texnikalarının istifadə olunduğu bir hissəli kukla tamaşasında rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Rəhilə İbadova, Araz Həsənli, Elnur Xəlilov, Adil Dəmirov, Aygül Ağayeva, Vüsal Hüseynov və Aslan Fətullayev ifa edəcək.

Bahar RÜSTƏMLİ

AzNews.az