Opera və Balet Teatrının qapısını açıb hər hansı bir tamaşaya baxmısınız? Opera və Balet Teatrının qapısını açıb hər hansı bir tamaşaya baxmısınız?

Məlumatı bilmədən ittiham etmək yaxsı hal deyil - Xalq artistindən təhsil ekspertinə tutarlı cavab

Opera və Balet Teatrının qapısını açıb hər hansı bir tamaşaya baxmısınız?

“2015-ci ildə mən elan verərək fəal səhnədən çəkiləcəyimi bildirmişəm”.

Bunu AzNews.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov təhsil eksperti Etibar Əliyevin “"Məcnun"u monopoliyaya götürmək olmaz” ittihamına münasibətində deyib.

Sənətkar bildirib ki, il ərzində bircə dəfə Opera və Balet Teatrında tələbələri ilə səhnə bölüşür:

“Sadəcə ildə bir dəfə öz tələbələrimlə nümunəvi bir tamaşada ustad dərsi kimi çıxış edirik. Bu, gənclərə bir örnəkdir. Mənim təklifimlə “Muğam” müsabiqəsinin qaliblərındən 17 nəfəri Opera və Balet Teatrına qəbul ediblər. Buna görə teatrın rəhbərliyinə təşəkkür edirəm. Bu bizim dövlətimizim muğam sənətinə olan qayğısıdır. Teatrın rəhbərliyi və mən gənclərə yer vermişik. Bu gün gənclərə səhnə verilməsinin təşəbbüskarı mənəm. Mənim ardımca bir ordu gəlir. Hazırda 5-10 nəfər də hazırlamışam. Bu yaxınlarda onları da teatrın rəhbərliyinə təqdim edəcəyəm. Mənim əsas işim konservatoriyadır”.

Mənsum İbrahimov Etibar Əliyev kimi ziyalıların Opera və Balet Teatrının repertuarından xəbərsiz olduğunu vurğulayıb:

“Ziyalılar kənardan bilməyə-bilməyə məlumatsız halda sosial şəbəkədə statuslar yazırlar. Bircə dəfə Opera və Balet Teatrının qapısını açıb hər hansı bir tamaşaya baxmısınız? Tamaşalarımıza gələnlər çoxdur. Gəlin teatra, görün məni hansı rolda görürsünüz? Bir məlumatı bilmədən ittiham etmək düşünürəm ki, yaxsı hal deyil. Mən sizi Opera və Balet Teatrına dəvət edirəm”.

Qeyd edək ki, təhsil eksperti Etibar Əliyev xalq artisti Mənsum İbrahimovu ağır ittiham edib. Belə ki, o: “Leyli və Məcnun"dan bilirik ki, Məcnun Leyli ilə bir sinifdə oxuyub. Mənsumun böyük sənətkar olduğunu da bilirik. Ancaq "Məcnun"u monopoliyaya götürmək olmaz. Mənsum deyir ki, onlarla davamçısı var. Nə yaxşı onların içindən 3 yaxşı Məcnun yoxdur?"-deyə bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az