Onun həyatı ziddiyyətlər və qeyri-adi epizodlarla dolu olub Onun həyatı ziddiyyətlər və qeyri-adi epizodlarla dolu olub

Ömrü boyu eyni dəhşətli yuxunu görən dahi - Bəhsə düşüb dünya səviyyəli yazıçıya çevrildi

Onun həyatı ziddiyyətlər və qeyri-adi epizodlarla dolu olub

1890-cı ildə sentyabrın 15-də Britaniyanın Devon qraflığında Aqata Miller adlı qız dünyaya gəldi. Bu gün Aqatanın adı detektiv janrının dahisi, XX əsrin ən məşhur yazıçılardan biri kimi çəkilir.

Onun həyatı ziddiyyətlər və qeyri-adi epizodlarla dolu olub. Bu hadisələrin bir çoxu Aqatanın qələmi vasitəsilə əsərə çevrilib.

Bir çox istedadlı adam kimi Aqata da disqrafiyadan, yəni mətnləri yaza bilməməkdən əziyyət çəkirdi.

Ədəbiyyatçı bacısı ilə mübahisəsi nəticəsində Aqata ilk romanını yazıb. Bacılar arasında mübahisənin mövzusu isə Aqatanın ondan daha yaxşı nəsə ortaya qoyub-qoya bilməməsi ilə bağlı idi.

Aqata Meri Klarissa Mallouen Martin Uest və ya Martin Qrey psevdonimi ilə yazmaq qərarına gəlir. Onun fikrincə, detektiv janrına aid kitabda oxucular qadın müəllif adı görsələr, bu, onlara maraqsız gələr. Sonralar isə Aqata əsl adını və birinci ərinin soyadını - Kristini istifadə etmək qərarına gəlir.

Birinci Dünya Müharibəsi dövründə Aqata hərbi hospitalda tibb bacısı kimi işləyir. Sonradan siə aptekə işə düzəlir və bunun sayəsində zəhərli maddələri öyrənir. Bəlkə də, buna görə də onun əsərlərində tez-tez zəhərlənmə faktları qeydə alınır.

1926-cı il Kristinin taleyində ən çətin illərdən biri olur. Onun anası ölür və qardaşı narkomaniyaya qurşanır. Aqatanın “Rocer Ekroydun qətli” romanı naşirlərin xoşuna gəlmir. Bundan əlavə, əri Açribald başqa qadına aşiq olaraq ondan boşanır. Bütün bu hadisələrdən sonra Aqata yoxa çıxır.

Uzun müddət onu axtardılar və hətta britaniyalı detektiv Artur Konan Doyla da müraciət etdilər.

Bir müddət sonra Aqatanı kiçik sanatoriya şəhərində tapdılar. Aqata özünü Tereza Nil kimi təqdim etmişdi. Onun yaddaşı çox korlanmışdı: ərini güclə xatırlayır, qızının adını xatırlaya bilmirdi, doğma bacısını isə bir neçə gün sonra tanıdı.

Bəziləri düşündü ki, yazıçı qadın ərindən qisas almaq üçün bu oyunu qurub.

Kristinin sözlərinə görə, uşaqlıq illərindən qocalıq dövrünə qədər eyni yuxunu görüb: əlləri kəsilmiş və dəhşətli üzü olan kişi. O, bu şəxsi qatil-adam adlandırsa da, yuxuların heç birində sözügedən şəxs heç kəsi öldürməyib.

İkinci Dünya Müharibəsi dövründə Aqata iki əsər yazdı. Bu iki kitab onun Erkül Puaro və miss Marpl haqqında sonuncu əsərləri olmalı idi. Aqatanın istəyi ilə hər iki kitab bank seyfində gizlədilməli və Kristi artıq yaza bilməyəndə gün işığına çıxarılmalı idi.

Əsərlər 1974-cü ildə, yazıçının 84 yaşı olanda nəşr edildi.

“Şərq ekspresində qətl” filmi yazıçının ekranlaşdırılan yeganə əsəridir. Kristi bildirib ki, Erkül Puaro rolunun Albert Finni tərəfindən canlandırılması əla idi və onun ədəbi personajına çox yaxın olub.

Aqata çox səyahət edib. Onun bu romanı isə yazıçının İstanbula səfəri zamanı yazılıb. Aqata istirahət üçün əri ilə İstanbulda olub.

Yazıçı iki dəfə ərdə olub. Birinci ərindən Rozaldina adlı qızı dünyaya gəlib. İkinci dəfə isə gec ərə gedib və seçdiyi şəxs özündən 15 yaş cavan olub.

O, arxeoloq idi və Aqata tez tez “arxeoloqun arvadı ərindən yaşlı olmalıdır ki, onu maraqlandırsın” zarafatını edirdi... (Oxu.az)