Saat 17.00-da gözəl Bakı mənzərəsi, musiqi dolu aura, xoş əhval-ruhiyyə dolu gün olacaq Saat 17.00-da gözəl Bakı mənzərəsi, musiqi dolu aura, xoş əhval-ruhiyyə dolu gün olacaq

Bu gün Qız Qalasının qarşısına gəlin - Konsert olacaq

Saat 17.00-da gözəl Bakı mənzərəsi, musiqi dolu aura, xoş əhval-ruhiyyə dolu gün olacaq

Sentyabrın 18-də Qız Qalasının önündə musiqi gününə həsr olunan konsert keçiriləcək.

Bu barədə AzNews.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi Səfayə Əhmədova deyib. Onun sözlərinə görə, konsert saat 17:00-da baş tutacaq:

“Bu gün Milli Musiqimizin günüdür. Qız qalası önündə, üzü də Xəzərə. Gözəl Bakı mənzərəsi, musiqi dolu aura, xoş əhval-ruhiyyə dolu gün olacaq. 18.09.2019-cu il tarixində Milli Musiqi Günü və dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacibəylinin doğum günü münasibətilə Qız Qalasının önündə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Azərbaycan Televiziyası və Mədəniyyət kanalının birgə layihəsi əsasında konsert təşkil olunacaq.

Konserti əməkdar kollektiv, Azərbaycan Televiziya və Radiosu Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri idarə edəcək. Kollektivin bədii rəhbəri və baş dirijoru əməkdar artist Faiq Sadıqovdur.

Konsertdə Üzeyir Hacıbəylinin və digər tanınmış bəstəkarların əsərləri Azərbaycan Televiziyası və Radiosunun solistləri, eyni zamanda, başqa sevilən müğənni və musiqiçilər tərəfindən ifa olunacaq”.

Bahar RÜSTƏMLİ

AzNews.az