Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar da var Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar da var

"Uçurum"da nələr olacaq? - Tamaşaçıları çox təəccübləndirəcəklər

Yeni mövsümdə əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar da var

“Oscar film production”un “Uçurum” serialı artıq sentyabrın 16-dan həftə içi hər axşam saat 20:45-də tamaşaçıların qarşısına çıxır.

Bu barədə AzNews.az-a serialın ssenari müəllifi Xanım Aydın məlumat verib. O blidirib ki, yeni sezonda “Uçurum” tamaşaçılarını həyacan dolu anlar gözləyir:

“Xatırladım ki, birinci mövsümünü uğurla başa vuran, reytinq cədvəlinin ön sıralarında, Youtube kanalında daim trenddə olan serial artiq ikinci mövsümünü yaşayır. İkinci mövsümün ilk seriyası da artıq trenddə olan serialda əsas ailələrlə yanaşı, yeni ailələr, yeni obrazlar da var. Əsas obrazların taleyində müəyyən dönüşlər olacaq. Sevda və Ayaz uçurumun kənarında hansı addımı atacaqları ilə bağlı tərəddüdlər yaşayacaq. Hər ikisinin qarşısında yeni yollar, yeni qismətlər açılacaq. Onların hansı seçimlər qarşısında dayanacaqları, hansı qərarları verəcəkləri, düşünürəm ki, çox maraqlı olacaq. Serialda daim həyəcan və gərginliklə izlənilən qayınana obrazları – Solmaz və Cənnət də mövsüm boyu tamaşaçıları çox təəccübləndirəcəklər. Bundan başqa, ötən mövsüm hamını nigaran qoyan Çiçəyin yeni həyatı, yeni yaşantıları daha çox diqqət mərkəzinə keçəcək”.

Qeyd edək ki, serialın baş prodüseri Yaşar Əhmədov, baş redaktoru İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, ssenari müəllifləri Xanım Aydın və Yeganə Cansaildir.

Bahar RÜSTƏMLİ

AzNews.az