- Mədəni adam
- 24 Sentyabr 2019 13:29
- 6 041
Vurğun Əyyubla vida mərasimi bu gün saat 16.00-da keçiriləcək
Mərasim Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 29/42 a ünvanında baş tutacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, mərhum Vurğun Əyyubla vida mərasimi keçiriləcək.
AzNews.az xəbər verir ki, mərasim bu gün saat 16.00-da Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, 29/42 a ünvanında (Məhəmməd Hadi küçəsi, 2-ci kvadratla üzbəüz binanın həyətində) olacaq.
Qeyd edək ki, Vurğun Əyyub uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bahar RÜSTƏMLİ
AzNews.az