Tamaşa Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb Tamaşa Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb

Bakının bu teatrında “Manqurt”a baxacaqlar

Tamaşa Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb

Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunacaq.

AzNews.az xəbər verir ki, tamaşa oktyabrın 18-19-da nümayiş ediləcək. Tamaşa Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb. Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.

Bir hissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

Bahar RÜSTƏMLİ

AzNews.az