- Mədəni adam
- 27 Sentyabr 2019 10:38
- 5 702
“YUĞ” Teatrının mövsüm açılışı "Lənət"lənəcək
Tamaşada cəmi dörd obraz iştirak edəcək
Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsüm açılışına hazırlaşır.
AzNews.az xəbər verir ki, teatr yeni mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.
Yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.
Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq. Rejissoru Günay Səttar olan tamaşada əməkdar artist Sonaxanım Mikayılova, Qasım Nağı, aktyorlar Oqtay Mehtiyev, Vüqar Hacyev, Elgün Həmidov, Natəvan Qeybani, Zümrüd Qasımova və Təranə Ocaqverdiyeva çıxış edəcək.
Tamaşanın səhnə tərtibatını bolqar rəssam Olqa Boseva verib.
Bahar RÜSTƏMLİ
AzNews.az