Sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub Sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub

Bakıda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək

Sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub

Bakıda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

AzNews.az xəbər verir ki, sentyabrın 27-29 tarixlərində Bakı İdman Sarayında baş tutacaq sərgi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.

Sərgidə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyi qardaş ölkə haqda kitablar, materiallar və digər vasitələrlə iştirak edəcək.

Sərgidə Türkiyəyə məxsus stend iştirakçılara təqdim olunacaq. Sərgi-yarmarkada ilk olaraq Türkiyə səfirliyinin mədəniyyət və tanıtm müşaviri İrfan Çiftçi Türkiyə türkcəsindən başqa dillərə tərcümələri maddi baxımdan dəstəkləyən TEDA layihəsi haqqında məlumat verəcək. Eləcə də həmin gün Mədəniyyət və tanıtım müşavirliyinin təşkilatçılığı ilə Azərbaycanın türkologiya və tarix sahəsində qabaqcıl alimlərinin iştirakı ilə “Qlobal dövrdə türk təfəkkürünün əsas qaynaqlarından necə bəhrələnməliyik?” mövzusunda müzakirələr keçiriləcək. Müzakirələrdə Əkbər N.Nəcəf, Nuridə Novruzova, Telman Nüsrətoğlu, Firdövsiyə Əhmədova çıxış edəcəklər. Tədbirin əsas çıxışçısı və moderatoru İrfan Çiftçi olacaq.

Sərgi çərçivəsində tanınmış şair və yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər keçiriləcək.

Bahar RÜSTƏMLİ

AzNews.az