- Mədəni adam
- 28 Sentyabr 2019 15:17
- 7 206
Məşhur rejissor vəfat etdi
SSRİ Xalq artisti xəstəxanada ağciyər iltihabından dünyasını dəyişib
Keçmiş SSRİ-nin və Rusiyanın görkəmli teatr və kino xadimi Mark Zaxarov 85 yaşında Moskvada vəfat edib.
Rusiya KİV-i xəbər verir ki, məşhur Moskva Lenkom Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti xəstəxanada ağciyər iltihabından dünyasını dəyişib.
Görkəmli rejissor 1973-cü ildən baş rejissoru olduğu Lenkom Teatrında 38 tamaşaya quruluş verib. Onun ən məşhur rejissorluq işi “Yunona və Avos” rok-operası olub. M.Zaxarov Andrey Mironov və Anatoli Papanovun iştirakı ilə “12 stul”, “Məhəbbət formulu”, “Evlənmə”, “Həmin Münhaüzen” kimi populyar sovet filmlərinin də rejissoru olub. O, “Səhranın ağ günəşi”, “İf qəsrinin məhbusu” filmlərinin ssenari müəllifi olub.(AZƏRTAC)
AzNews.az