- Mədəni adam
- 2 Oktyabr 2019 10:44
- 5 982
Uşaq teatrı Rusiya səhnəsində - FOTO
"Göyçək Fatma” tamaşası diplomla təltif olunub
Bakı Uşaq Teatrı Rusiyadan festivaldan qayıdıb.
AzNews.az xəbər verir ki, teatr Rusiya Federasiyasının Kalmıkiya Respublikasında keçirilən II Beynəlxalq “Keeda” Uşaq və Yeniyetmələr üçün tamaşalar festivalında çox uğurla iştirak edib.
Kollektiv bu səfərdə əməkdar artist İntiqam Soltanın quruluşunda Azərbaycan xalq nağılı əsasında hazırladığı “Göyçək Fatma” tamaşası ilə çıxış edib. Tamaşada İlhamə Əhmədova, Niyaz İlyasoğlu, Sovqat Səmədova, Könül Şahbazova, Nərminə Məhərrəmova, Niyaz Novruzov, Qurban Əhmədov, Nicat Əhmədov rol alıb.
Festivalda nümayiş olunmuş “Göyçək Fatma” tamaşası diplomla təltif olunub və Bakı Uşaq Teatrına Kalmıkiya Höküməti tərəfindən təşəkkür məktubu ünvanlanıb.
Uğurlu çıxışın nəticəsi olaraq teatr bir neçə ölkə tərəfindən dəvət alıb.
Bahar RÜSTƏMLİ
AzNews.az