Balet Eldar Əliyevin quruluşunda təqdim ediləcək Balet Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Sankt-Peterburq səhnəsində “Yatmış gözəl"ə baxacaqlar

Balet Eldar Əliyevin quruluşunda təqdim ediləcək

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında “Yatmış gözəl” baleti nümayiş olunacaq.

AzNews.az xəbər verir ki, balet teatrın Primorye səhnəsində Eldar Əliyevin quruluşunda təqdim ediləcək. Xoreoqrafiyası Marius Petipanın (1818-1910) olan balet Konstantin Sergeyevin (1910-1992) və Eldar Əliyevin redaktəsi ilə ərsəyə gəlib.

Baletin Primorye səhnəsində premyerası 2017-ci il mayın 26-da olub. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorye səhnəsinin baş baletmeysteri təyin olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az