Verilişdə Riqa haqqında təəssüratlarını da bölüşən yazıçı şəhəri çox sevdiyini söyləyib Verilişdə Riqa haqqında təəssüratlarını da bölüşən yazıçı şəhəri çox sevdiyini söyləyib

Azərbaycanlı yazıçı latış radiosuna müsahibə verdi

Verilişdə Riqa haqqında təəssüratlarını da bölüşən yazıçı şəhəri çox sevdiyini söyləyib

Azərbaycanın tanınmış yazıçısı Elçin Səfərli Latviyanın ən populyar radiolarından birinin - “Baltkom”un qonağı olub.

“Görüşdük, söhbət etdik” adlı proqramdakı söhbətdən sonra Elçin Səfərli bildirib ki, Azərbaycan yazıçılarının latış oxucusuna tanış olması təqdirəlayiq və sevindirici haldır. Verilişdə Riqa haqqında təəssüratlarını da bölüşən yazıçı şəhəri çox sevdiyini söyləyib.

Digər maraq doğuran mövzu isə oktyabrın 9-da müəllifin Riqada təqdimatı keçiriləcək “İşığı yanan ev” kitabı barədə olub.

2019-cu ildə Moskvada rus dilində çap olunan kitabda hadisələr Fransanın dəniz sahilində yerləşən balaca bir şəhərində baş verir. (Azərtac)

image description