Tədbirin məqsədi rmədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaqdır Tədbirin məqsədi rmədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaqdır

Bakıda incəsənət əsərlərinin auksionu keçiriləcək

Tədbirin məqsədi rmədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaqdır

İncəsənət əsərlərinin növbəti auksionu keçiriləcək.

AzNews.az xəbər verir ki, mərasim Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutacaq.

Auksion nazirliyinin patronajlığı altında Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədi ilə həyəta keçirilir.

Tədbirdə əntiq əşyaların, qədim mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionu nəzərdə tutulur.

Xatırladaq ki, “Auction Baku”da qeydiyyat iki cür aparılacaq: alıcılar və satıcılar. Auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksion və müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

“Auksion Baku”da artıq 8 lot müəyyənləşib. Akif Əsgərov “Atlar”, Mahmud Rüstəmov “Qadın müxtəlif əhvalda” silsiləsindən ''Kompozisiya'', Fərəh Əliyeva “Santa 1919-cu il”, Fərəh Əliyeva “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorina “Kraliça Viktoriya”, Vüqar Muradov “Gülüş”, Vüqar Muradov “Payızda-Yaz” və Namiq Məmmədov “Mələklərin səhər yeməyi” əsəri hərraca çıxarılacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az