“Cənab Prezident, çox sağ olun” - Röya Ayxan

Allah heç kimin əziyyətini yerdə qoymasın

“Cənab Prezident, çox sağ olun”.

AzNews.az xəbər verir ki, bunu xalq artisti Röya Ayxan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında imzaladığı sərəncamı şərh edərkən deyib.

O, “Xalq artisti” fəxri adına layiq görülməsindən çox sevindiyini bildirib:

“Mən inanıram ki, hamı mənim qədər sevindi. Çünki biz azərbaycanlılar zəhmətkeşik. Allah heç kimin əziyyətini yerdə qoymasın. Cənab Prezident, çox sağ olun”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına “Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama görə, müğənni Röya Ayxan “Xalq artisti” fəxri adına layiq görülüb.

Bahar RÜSTƏMLİ

AzNews.az