Sabah abidənin açılışı olacaq Sabah abidənin açılışı olacaq

Amaliya Pənahovanın qəbirüstü abidəsi belə olacaq - FOTO

Sabah abidənin açılışı olacaq

Bakı Bələdiyyə Teatrının mərhum direktoru, Xalq artisti Amaliya Pənahovanın sabah dünyasını dəyişdiyi gündür.

Teatrın aktrisası Hüsniyyə Mürvətovanın AzNews.az-a verdiyi məlumata görə, noyabrın 8-də “Qurd Qapısı” qəbiristanlığında mərhumun anım mərasimi keçiriləcək:

“Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulub. Sabah həm də abidənin açılışı olacaq”.

Qeyd edək ki, Xalq artisti Amaliya Pənahova ötən il noyabrın 8-də 73 yaşında vəfat edib.

Bahar RÜSTƏMLİ

AzNews.az