Mərasim Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək Mərasim Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək

Rəfiq Zəka Xəndanın yubileyi keçiriləcək

Mərasim Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək

Əməkdar incəsənət xadimi, şair Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

AzNews.az xəbər verir ki, mərasim Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə ərsəyə gələcək. R.Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək tədbirdə görkəmli ədibin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Həmçinin, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq.

Rəfiq Zəka Xəndan heca və əruz vəznlərində yazdığı əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib.

O, "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.

Bahar RÜSTƏMLİ

AzNews.az