"Mintimerin kölgəsi" türk dilində - FOTO

Bu barədə kitabın tərtibçilərindən biri Səməd Vəkilov məlumat verib

Tatarıstanın ilk prezidenti, dövlət müşaviri Mintimer Şaymiyevin mərhum həyat yoldaşı Səkinə Şaymiyevanın “В тени Минтимера” kitabı türk dilinə tərcümə edilib.

Bu barədə kitabın tərtibçilərindən biri, hüquqşünas Səməd Vəkilov məlumat verib.

S.Vəkilov bildirib ki Azərbaycanda Atatürk Mərkəzi tərəfindən türk dilində nəşr edilən “Mintimerin kölgəsi” kitabı tatar xalqının türk dünyasına bəxş etdiyi ən parlaq simalardan biri olan Mintimer Şaymiyevin mərhum həyat yoldaşı Səkinə Şaymiyeva tərəfindən qələmə alınıb.

Gəncliyinin ən coşqulu günlərini həyat yoldaşı Mintimer Şaymiyevə və ailəsinə həsr etmiş Səkinə xanım ənənəvi müsəlman-türk adətlərinə sadiq qalan bir xanımdır. Onun qələmə aldığı bu həyat hekayəsi ilə “Hər bir uğurlu kişi hekayəsinin arxasında bir güclü xanım dayanır” formulu öz təsdiqini bir daha tapıb.

S.Vəkilov “Mintimerin kölgəsi” kitabının ərsəyə gəlməsində Tatarıstanda yaşayan həmyerlimiz hüquqşünas İsmət Orucəliyevə də öz təşəkkürünü bildirərək, bu layihənin gerçəkləşməsi təşəbbüskarlarından birinin məhz Tatarıstan-Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində böyük xidmətləri olan həmkarı İsmət Orucəliyev olduğunu bildirib.

Qeyd edək ki, “Mintimerin kölgəsi” kitabının məsləhətçisi və ön sözün müəllifi akademik Nizami Cəfərov, rus dilindən türk dilinə tərcümə Ülkər Solmaz, redaktor Afət Mammayeva, nəşrə hazırlayan və tərtibatçılar şair Dəyanət Osmanlı və hüquqşünas Səməd Vəkilovdur.

AzNews.az

image description