Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub

“ÇÖLÇÜ” filmi yenə mükafatla qayıtdı - İsraildən

Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub

“ÇÖLÇÜ” filmi “ƏN YAXŞI BƏDİİ FİLM” mükafatının qalibi elan edilib.

AzNews.az xəbər verir ki, Şamil Əliyevin “ÇÖLÇÜ” filmi “NEAR NAZARETH FESTIVAL 2019” (İSRAİL) festivalında nümayiş olunub. Dekabrın 2-dən 5-nə kimi davam edən festival çərçivəsində film beynəlxalq kino ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən mükafatlandırılıb.

Mükafatı təsdiq edən sertifikat filmin quruluşçu-rejissoru Şamil Əliyevə təqdim olunub.

Qeyd edək ki, Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı və qalibi olan Şamil Əliyevin “Çölçü” filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 57 beynəlxalq film festivalında iştirak edərək 30-dan artıq müxtəlif mükafatlara layiq görülüb.

“Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmin prodüseri Müşviq Hətəmovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

Bahar RÜSTƏMLİ

AzNews.az